pharmed
D-KOLEROL VIT D3 20000 IU N14 CAP
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
“___”__________ 2020-ci il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu preparatı istifadə etməzdən öncə bu içlik vərəqəni diqqətlə oxuyun, çünki burada Sizin
üçün mühüm məlumatlar vardır.
• Bu içlik vərəqəsini saxlayın. Siz onu bir daha oxumalı ola bilərsiniz.
• Hər hansı sualınız olarsa, lütfən, həkiminizə və ya əczaçıya müraciət edin.
• Bu dərman şəxsən Sizin üçün təyin edilmişdir, onu başqalarına verməyin.
• Bu dərmanı istifadə etdiyiniz müddət ərzində həkimə və ya xəstəxanaya getsəniz, həkiminizə
bu dərmanı istifadə etdiyiniz barədə məlumat verin.
• Bu təlimatda yazılanlara əməl edin. Dərmanı Sizə tövsiyə olunan dozadan artıq və ya əskik
dozada istifadə etməyin.
D-KOLEROL 20 000 BV daxilə qəbul üçün yumşaq kapsullar
D-COLEROL
Tərkibi
Təsiredici maddə: 1 kapsulda 20 000 BV kolekalsiferol (0,5 mq Vitamin D3)
(qoyun yunundan əldə edilən) vardır.
Köməkçi maddələr:günəbaxan yağı, E vitamini, qida jelatini (iribuynuzlu heyvan jelatini),
təmizlənmiş su, qliserin, sorbitol.
Təsviri
Şəffaf, açıq sarımtıl rəngli, oval formalı yumuşaq kapsullardır.
Farmakoloji xüsusiyyətləri
D-KOLEROL-un tərkibində təsiredici maddə kimi kolekalsiferol (qoyun yunundan əldə edilən)
(Kolekalsiferol, D3 vitamini kimi də tanınır), köməkçi maddə kimi isə qida jelatini (iribuynuzlu
heyvan jelatini) vardır. D vitamini, orqanizmin kalsiumu mənimsəməsinə kömək etmək üçün
lazımdır. D vitamini bəzi qidalarda olur və günəş şüalarının təsiri altında dəridə hasil edilir. D
vitamini böyrəklərdə və bağırsaqlarda kalsiumun mənimsənilməsinə kömək etməklə, sümüklərin
yaranmasına kömək edir.
İstifadəsinə göstərişlər
D-KOLEROL aşağıdakı hallar üçün istifadə olunur:
• D vitamini çatışmazlığı riski və ya daha çox D vitamininə ehtiyac olduğu hallarda D vitamin
çatışmazlığının profilaktikası.
• Laborator testləri vasitəsilə təyin edilmiş D vitamin çatışmazlığının müalicəsi.
Əks göstərişlər
D-KOLEROL aşağıdakı hallarda əks göstərişdir,
əgər:
• Kolekalsiferol-a və ya D-KOLEROL-un tərkibində olan hər hansı digər maddəyə qarşı allergiyanız
(yüksək həssaslığınız) varsa.
• Qanınızda (hiperkalsiemiya) və ya sidiyinizdə (hiperkalsiuriya) kalsiumun səviyyəsi yüksəkdirsə.
• Ciddi böyrək problemləriniz varsa.
• Böyrəklərinizdə kalsium tərkibli daşların əmələ gəlməsinə meyilliliyiniz varsa.
• Qanınızda D vitamininin səviyyəsi yüksəkdirsə (hipervitaminoz)
• 12 yaşdan kiçik uşaqlar kapsulları udmaqda çətinlik çəkə və nəticədə boğulma təhlükəsi ilə üzləşə
bilərlər.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Əgər:
Aşağıdaki vəziyyətlərdən hər hansı biri Sizə aiddirsə, bu dərmanı istifadə etməyə başlamazdan öncə
həkiminizlə və ya əczaçı ilə məsləhətləşin:
• Ürək xəstəliklərini yaxşılaşdırmaq üçün istifadə olunan müəyyən dərmanlarla müalicə almaq
(məsələn, diqoksin kimi ürək qlikozidləri ilə).
• Sarkoidoz xəstəsi olmaq (immun sistemin orqanizmdə D vitamininin səviyyəsinin yüksəlməsinə
səbəb ola bilənpozğunluğudur).
• Tərkibində D vitamini olan dərmanların qəbulu və ya D vitamin ilə zənginləşdirilmiş qida və ya
süddən istifadə edilməsi.
• D-KOLEROL-dan istifadə zamanı çox miqdarda günəş işığının təsirinə məruz qalmaq.
• Kalsium tərkibli əlavələrin qəbul edilməsi. Həkiminiz qanınızdakı kalsiumun səviyyələrini
müşahidə edərək D-KOLEROL-u istifadə edərkən qanınızda kalsiumun səviyyəsinin çox
qalxmaması üçün tədbirlər görəcəkdir.
• Böyrəklərin zədələnməsi və ya xəstəliyi. Həkiminiz qanınızda və ya sidiyinizdə kalsiumun
səviyyəsinin yoxlanmasını istəyə bilər.
Yuxarıdaki hallardan hər hansı birinin Sizə aid olub-olmadığına əmin deyilsinizsə, bu dərmanı
istifadə etməyə başlamazdan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
D-KOLEROL-un tərkibində olan bəzi köməkçi maddələr haqqında mühüm məlumatlar
Preparatın tərkibində olan köməkçi maddələrlə bağlı hər hansı xəbərdarlığa ehtiyac yoxdur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Reseptsiz buraxılan dərmanlar da daxil olmaqla, əgər hazırda hər hansı digər dərman istifadə
edirsinizsə və ya yaxın zamanlarda istifadə etmisinizsə bu barədə həkiminizə və ya əczaçıya
məlumat verin. Bəzi dərmanları bu dərmanla eyni zamanda istifadə etmək zərərli ola bilər.
Xüsusilə, aşağıdaki dərmanlardan hər hansı birini istifadə edirsinizsə, bunu həkiminizə və ya
əczaçıya bildirin:
• Ürək qlikozidləri (məsələn, diqoksin) və ya diuretiklər (məsələn, bendroflumetiazid) kimi ürəyə və
ya böyrəklərə təsir göstərən dərmanlar. Bu dərmanlar D vitamini ilə birlikdə istifadə edildikdə qanda
və sidikdə kalsiumun miqdarının əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb ola bilər.
• Tərkibində D vitamini olan dərmanların qəbulu və ya D vitamin ilə zənginləşdirilmiş bəzi süd növləri kimi
tərkibində yüksək miqdarda D vitamin olan qidalar qəbul etmək.
• Aktinomisin (bəzi xərçəng növlərinin müalicəsində istifadə edilən bir dərman) və imidazol törəməli göbələkəleyhinə
dərmanlar (məsələn, klotrimazol və ketokonazol, göbələk xəstəliyinin müalicəsi
üçün istifadə olunan dərmanlar).
Bu dərmanlar D vitamininin orqanizminizə təsirinə müdaxilə edə bilər. .
• D vitamininin təsirinə və ya absorbsiyasına müdaxilə edə bildiyi üçün aşağıdakı
dərmanlar:
• Antiepileptik dərmanlar (fenitoin) və ya yuxu pozğunluğunun və epilepsiyanın müalicəsində
istifadə olunan dərmanlar (fenobarbital kimi barbituratlar).
• Qlükokortikoidlər (hidrokortizon və prednisolon kimi steroid hormonlar).
Bunlar, D vitamininin təsirini azalda bilər.
• Qanda xolesterinin səviyyəsini azaldan dərmanlar (xolestiramin və ya kolestipol).
• Orqanizmə absorbsiya olunan yağların miqdarını azaltaraq bədən kütləsini azaldan müəyyən
dərmanlar (orlistat kimi).
• Müəyyən işlədici dərmanlar (maye parafin kimi).
İstifadə etdiyiniz dərmanların tipləri ilə bağlı əmin deyilsinizsə həkiminizlə və ya əczaçı ilə
məsləhətləşin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Müalicə müddətində hamilə qaldığınızı hiss etsəniz, dərhal həkiminizlə və ya əczaçı ilə
məsləhətləşin.
Laktasiya dövrü
Preparat hamiləlik və laktasiya dövründə istifadə üçün tövsiyə olunmur.
Dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Bu dərmanın nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə
qabiliyyətinə potensial təsirləri haqqında məlumat məhduddur. Lakin, nəqliyyat vasitələrini və digər
potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərəcəyi gözlənilmir.
İstifadə qaydası və dozası
Düzgün istifadə, doza /istifadə tezliyi üçün təlimatlar
• Dərmanı mütləq həkiminizin və ya əczaçının sizə söylədiyi şəkildə qəbul edin. Əmin
olmadığınız halda həkiminizlə və ya əczaçı ilə dəqiqləşdirin.
• Kapsulları su ilə birlikdə bütöv halda (çiynəmədən) udun. D-KOLEROL-u əsas qida qəbulu ilə
birlikdə qəbul edin.
Böyüklər:
• D vitamini çatışmazlığının profilaktikası üçün: ayda 1 kapsul, müəyyən hallarda daha yüksək
dozalara ehtiyac yarana bilər.
• D vitamini çatışmazlığının müalicəsi: 7 həftə boyunca həftədə iki kapsul qəbul edilir.
• D-KOLEROL ilə müalicə müddətinin uzadılması (davam etdirilməsi və ya uzunmüddətli istifadə)
qərarı vəziyyətdən asılı olaraq həkim tərəfindən veriləcəkdir.
Uzunmüddətli müalicə zamanı müntəzəm olaraq qanda və sidikdə kalsiumun səviyyəsinə nəzarət
edilməli və zərdab kreatininin səviyyəsi təyin edilməklə böyrəklərin fəaliyyəti yoxlanmalıdır.
Lazım gələrsə, qanda kalsiumun səviyyəsinə müvafiq olaraq dozaya düzəliş edilməlidir.
İstifadə qaydası
D-KOLEROL daxilə qəbu edilməlidir (oral yol).
Müxtəlif yaş qrupları
Uşaqlarda istifadəsi
• 12-18 yaşlı uşaqlarda D vitamini çatışmazlığının profilaktikası üçün: hər 6 həftədən bir, 1 kapsul.
• 12-18 yaşlı uşaqlarda D vitamini çatışmazlığının müalicəsi üçün : 6 həftə boyunca hər 2 həftədən
bir, 1 kapsul.
Yaşlılarda istifadəsi
Xüsusi istifadəsi yoxdur.
Xüsusi hallarda istifadəsi
Xüsusi istifadəsi yoxdur.
D-KOLEROL-un qida və içkilərlə birlikdə istifadəsi
Orqanizminizin D vitaminini mənimsəməsinə kömək etmək üçün bu dərmanı əsas qida qəbulu ilə
birlikdə qəbul edin.
D-KOLEROL-u istifadə etməyi unutsanız
D-KOLEFO-u istifadə etməyi unutsanız, narahat olmayın. Bir dozanın qəbulunu unutmusunuzsa,
əgər yeni dozanın qəbul vaxtı yaxınlaşmayıbsa, xatırlayan kimi unutduğunuz dozanı qəbul edin.
Sonra adi qəbul rejiminə əməl edin. Unutduğunuz dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin.
Bu dərmanın istifadəsinə dair əlavə suallarınız olarsa, həkiminizə və ya əczaçıya müraciət edin.
D-KOLEROL ilə müalicəni dayandırdıqda meydana çıxa biləcək təsirlər
Hər hansı bir təsirin meydana çıxa biləcəyi gözlənilmir.
Əgər D-KOLEROL-un təsirinin çox güclü və ya çox zəif olduğunu düşünürsünüzsə, bu barədə
həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Əlavə təsirləri
Bütün dərmanlar kimi D-KOLEROL-un tərkibində olan maddələrdən hər hansı birinə qarşı yüksək
həssaslığı olan insanlarda əlavə təsirlər meydana çıxa bilər.
Mümkün əlavə təsirlər arasında aşağıdakılar ola bilər:
• Bəzən (100 insandan 1-dən azında meydana çıxan)
Qanda kalsiumun miqdarının yüksəlməsi (hiperkalsiemiya)
Sidikdə kalsiumun miqdarının yüksəlməsi (hiperkalsiuriya)
• Nadir (1000 insandan 1-dən azında meydana çıxan)
Dəridə səpgi
Qaşınma
Övrə
Əlavə təsirlər haqqında məlumatın verilməsi
Dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlər haqqında məlumatları Azərbaycan
Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Farmakonəzarət Sektoruna (Ünvan:
AZ1065, Azərbaycan Respublikası; Bakı şəh.,Fuad İbrahimbəyov küç., 31.; Faks: (99412) 596-07-
16 ; e-mail: adr@pharma.az; Tel.:(99412)596-05-20 Qaynar xətt (99412) 596-07-12).
Əlavə təsirlər haqqında məlumat verməklə, Siz, bu dərmanın təhlükəsizliyi barədə daha çox
məlumatın toplanmasına kömək etmiş olursunuz.
Əgər bu içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə təsirlə qarşılaşsanız, bu barədə həkiminizə
və ya əczaçıya məlumat verin.
Doza həddinin aşılması
D-KOLEROL-dan istifadə etməli olduğunuzdan çox istifadə etmisinizsə, həkiminizlə və ya əczaçı ilə
məsləhətləşin.
Qalan dərmanları və ya boş qablaşdırmanı həkiminizə göstərin.
Doza həddinin aşılması zamanı qanda (hiperkalsiemiya) və sidikdə (hiperkalsiuriya) kalsiumun
səviyyələrinin yüksələ bilməsi laborator analizləri vasitəsilə təsdiq edilmişdir.
Doza həddi aşılmasının əlamətləri və simptomları arasında ürəkbulanma (xəstəlik hissi), qusma,
həddindən artıq susama, 24 saat boyunca həddindən artıq miqdarda sidik ifrazetmə, qəbizlik və
dehidratasiya yer alır.
Doza həddinin aşılması zamanı həkiminiz, müvafiq müalicə təyin edəcəkdir.
Buraxılış forması
7 kapsul, blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı otaq temperaturunda, qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq
lazımdır.
Yararlılıq müddəti bitmiş və ya istifadə edilməyən dərmanları məişət tullantılarının içərisinə
atmayın. Onları yerli tələblərə uyğun olaraq zərərsizləşdirin.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd edilmişdir.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Əgər preparatda və/və ya qablaşdırmada hər hansı qüsur hiss etsəniz D-KOLEROL-u istifadə
etməyin.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Vefa İlaç San. ve Tic. Ltd. Şti.
Mermerciler San. Sitesi 2. Cadde No:3
Beylikdüzü/İstanbul/Türkiye
Tel.: +90 212 438 70 85.
Faks: +90 212 438 70 87.
Lisenziyanın sahibi
Vefa İlaç San. ve Tic. Ltd. Şti.
Mermerciler San. Sitesi 2. Cadde No:3.
Beylikdüzü/İstanbul/Türkiye.
Tel.: +90 212 438 70 85.
Faks: +90 212 438 70 87.